Xidmətlər
Əməliyyatsız burun korreksiyası
Burundakı bəzi estetik qüsurların hialuron turşusu əsaslı dolğu ilə, kəsik və əməliyyat olmadan korreksiyası.
- ÜsulƏməliyyatsız, kəsiksiz
- NəticəDərhal görünür
- PreparatHialuron turşusu əsaslı dolğu
Əməliyyatsız burun korreksiyası nədir?
Burun dolğusu burundakı bəzi estetik qüsurların hialuron turşusu əsaslı dolğu ilə, kəsik və əməliyyat olmadan korreksiyasıdır. Prosedur burun belindəki əyrilik və qabarıqlığın, həmçinin burun ucunun aşağı düşməsinin görünüşünü düzəltmək üçün tətbiq olunur. Nəticə prosedurdan dərhal sonra görünür.
Hansı hallarda tətbiq olunub?
- Burun belindəki qabarıqlıq və əyriliyin görünüşünün düzəldilməsi
- Burun ucunun qaldırılması
- Uşaq yaşlarında zədə almış burnun korreksiyası
Burun dolğusu əməliyyatı əvəz edirmi?
Hər zaman yox. Dolğu buruna yalnız həcm əlavə edir və burnu kiçiltmir. Bu üsul burun ucunun konturunu yaxşılaşdırmaq və burun belindəki kiçik qabarıqlığı gizlətmək üçün uyğundur. Burun formasında daha böyük dəyişiklik və ya burnun kiçildilməsi tələb olunduqda cərrahi rinoplastika nəzərdən keçirilir.
Bilməli olduqlarınız
- Burun nahiyəsində dolğu inyeksiyaları xüsusi ehtiyat və təcrübə tələb edir.
- Prosedurdan sonra müvəqqəti şişkinlik, qızartı və göyərmə ola bilər.
- Mümkün risklər və əks-göstərişlər: inyeksion prosedurlar haqqında vacib məlumat.
BloqƏməliyyatsız burun korreksiyası: imkanlar və məhdudiyyətlər