Dodaq dolğusu
Hialuron turşusu əsaslı dolğu ilə həcm, kontur və asimmetriya korreksiyası. Məqsəd üz cizgilərinə uyğun, təbii görünüşdür.
ƏtraflıLaser Beauty Clinic · Bakı
Təbii estetika və üz harmoniyası. Botoks, hialuron turşusu əsaslı dolğular və dəri keyfiyyəti prosedurları.
“Nə çox, nə az — elə sənə yaraşan qədər.”
Həkim haqqında
Dr. Sara Mirzəyeva Bakıda, Laser Beauty Clinic-də çalışan həkim-kosmetoloqdur. Azərbaycan Tibb Universitetini 2011-ci ildə bitirib və həmin ildən həkim kimi fəaliyyət göstərir.
Əsas iş istiqaməti inyeksion estetikadır: dodaq dolğusu, ceyrangöz (göz üstü dolğu), gözaltı işıq dolğusu, əməliyyatsız burun korreksiyası, üz konturunun dolğu ilə korreksiyası və botoks prosedurları.
Yanaşma
Nə çox, nə az — üz cizgilərinə yaraşan qədər. Dolğu yalnız həcm demək deyil, üzdə balans və harmoniya deməkdir.
Hər prosedurdan əvvəl istəyiniz dinlənilir və üz quruluşunuz qiymətləndirilir. Kontur, yoxsa tam dolğunluq — seçim sizindir, uyğun texnikanı isə həkim müəyyən edir.
Botoksda təbii mimikanın qorunması üçün doza fərdi seçilir. Dolğu prosedurlarında lazım olduqda nəticəyə mərhələlərlə çatılır.
Sertifikatlı preparatlar, sterillik və tibbi yanaşma.
Xidmətlər
Hialuron turşusu əsaslı dolğu ilə həcm, kontur və asimmetriya korreksiyası. Məqsəd üz cizgilərinə uyğun, təbii görünüşdür.
ƏtraflıGöz üstündəki çökəkliyin dolğu ilə korreksiyası.
ƏtraflıGözaltı çökəkliyin yaratdığı yorğun görünüşün azaldılması.
ƏtraflıBurun formasındakı bəzi qüsurların kəsiksiz korreksiyası.
ƏtraflıAlın, gicgah, yanaq, çənə və ağız ətrafı üçün dolğu prosedurları.
ƏtraflıAlın, qaşarası və göz ətrafında mimik qırışların yumşaldılması, masseter botoks. Məqsəd qırışları yumşaltmaq, təbii mimikanı isə qorumaqdır.
ƏtraflıBiorevitalizasiya, PRX-T33 və üz təmizliyi.
Ətraflı
Peşəkar yol
Universiteti bitirib və həkimlik fəaliyyətinə başlayıb.
Kosmetologiya üzrə müxtəlif kurslarda təkmilləşib.
Seul, Cənubi Koreya.
Həkim-kosmetoloq, Bakı.
Nəticələr
Dr. Sara Mirzəyevanın praktikasından seçilmiş nümunələr. Hər insanın üz quruluşu fərqli olduğu üçün nəticələr də fərdidir.
Media
Sara Mirzəyevanın klinikanın digər həkimləri ilə birlikdə Seulda keçirilən BNC Global konfransında iştirakı.
Məqaləni oxuyunKonfransda botulinum toksinlərinin tətbiqinin müasir metodları üzrə təlimlər və istehsal standartları ilə tanışlıq.
Məqaləni oxuyunSuallar
Prosedurlar, nəticələr və təhlükəsizlik haqqında ən çox verilən suallara qısa cavablar.
Bütün suallarEffekt adətən 6–12 ay davam edir. Dodaqlar hərəkətli nahiyə olduğu üçün dolğu burada nisbətən tez sorula bilər. Müddət orqanizmin xüsusiyyətlərindən və istifadə olunan preparatdan asılı olaraq fərdi dəyişir.
Məqsəd qırışları yumşaltmaq, təbii mimikanı isə qorumaqdır. Bunun üçün əsas şərt dozanın düzgün və fərdi seçilməsidir.
Çox vaxt bir seans kifayət edir. Nəticə dərhal görünür və 1 il, bəzən daha uzun müddət davam edə bilər; müddət fərdidir.
Bəzi hallarda bəli. Hialuron turşusu əsaslı dolğu ilə burun belindəki kiçik qabarıqlığın görünüşü və burun ucunun konturu kəsiksiz korreksiya oluna bilər. Lakin dolğu burnu kiçiltmir; daha böyük dəyişikliklər üçün cərrahi rinoplastika nəzərdən keçirilir.
Əlaqə
Qeydiyyat və suallarınız üçün WhatsApp və ya telefonla əlaqə saxlayın. Dr. Sara Mirzəyeva Bakıda, Laser Beauty Clinic-də qəbul edir.