Dodaq dolğusu
Dodaq dolğusu: təbii nəticə nədən asılıdır?
Konsultasiya, uyğun texnika, mərhələli yanaşma və real gözləntilər.
Bloq · Botoks
Botoks necə təsir edir, nəticə nə vaxt görünür, nə qədər davam edir və mimikanı qorumaq üçün nə vacibdir?
Botoksdan sonra üz “donmuş” görünəcəkmi? Dr. Sara Mirzəyevanın cavabı: mimikanı itirmədən də botoks etmək mümkündür; əsas məsələ dozanın düzgün seçilməsi və həkim təcrübəsidir.
Üz dərisində mimik qırışların əsas səbəbi əzələlərin yüksək fəallığıdır. Alın, qaşarası və göz ətrafında təkrarlanan hərəkətlər zamanla qırışların formalaşmasına səbəb olur.
Botulinum toksini tətbiq olunduğu əzələnin fəallığını müvəqqəti azaldır. Əzələ daha az yığıldıqca onun üzərindəki dəri hamarlaşır və qırışlar yumşalır.
Full botoks bir neçə mimik zonanın eyni prosedurda korreksiyasıdır: alın, qaşarası, göz ətrafı və burun üstü.
Nəticə bir-iki həftə ərzində özünü göstərir. Effekt adətən təxminən 3–4 ay, bəzən daha uzun davam edir.
Botoks üçün göstəriş yaş deyil, mimik qırışların olmasıdır. Belə qırışlar 20 yaşlarında da formalaşa bilər. Uyğunluğu həkim müayinə zamanı qiymətləndirir.
Botoksdan sonra müvəqqəti şişkinlik, qızartı, həssaslıq, göyərmə və nadir hallarda yüngül baş ağrısı ola bilər. İnyeksiya nahiyəsində infeksiya olduqda prosedur aparılmır. Hamiləlik və əmizdirmə dövründə, həmçinin hər hansı xəstəliyiniz olduqda bu barədə konsultasiyada həkimə məlumat verin.
Bu məqalə maarifləndirici xarakter daşıyır və həkim konsultasiyasını əvəz etmir.
Qeydiyyat
Prosedurun sizə uyğun olub-olmadığı konsultasiyada müəyyən olunur. Qeydiyyat üçün WhatsApp və ya telefonla əlaqə saxlayın.